AZ
Video yüklə

Hacı Zeynalabdin Tağıyevin evi təmir edildi

268 baxış Son xəbərlər
Məşhur azərbaycanlı milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda yerləşən bağ evində təmir-bərpa işi başa çatıb. Xezerxeber.az-ın məlumatına görə, tanınmış polyak memar, "Qafqazın Rastrellisi” adlandırılan Yuzef Qoslavski tərəfindən inşa olunan bağ evi Hacı Zeynalabdin Tağıyevin xüsusi dəyər verdiyi mülklərindən biri olub. Bağ evində restavrasiya baş çatsa da, hazırda dekorasiyaların yerinə qoyulması kimi son tamamlama işləri aparılır. Qeyd edək ki, bina 1000 kv. metrə yaxın ərazini əhatə edir, hündürlüyü isə 10 metrə yaxındır. İkimərtəbəli mənzildə 14 otaq var. Evin ziyarətə nə vaxt açılacağı isə hələ bilinmir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.