AZ
Video yüklə

Gender bərabərliyi müzakirə olunub

3 baxış Son xəbərlər
"Gender bərabərliyi və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu" mövzusunda konfrans keçirilib. Tədbirdə iştirak edən YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-da Gender məsələləri şöbəsinin yaradıldığını bildirib.

Ailə, qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova hakim partiyanın mərkəzi qərargahında keçirilən sözügedən tədbirdə aparılan müzakirələrin cəmiyyətdəki problemlərin aradan qaldırılması, xüsusilə də qadınların hüquqlarının qorunması kontekstində əhəmiyyətli olduğunu qeyd edib.

İstisnasız, Azərbaycanda qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi istiqamətində yetərincə işlər görülür. Elə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının fəaliyyəti də məhz buna hesablanıb desək, daha doğru olar. Aydındır ki, Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının fəaliyyəti qadınların eyni çətir altında birləşmələrini sağlamlaşdırmaq, onların öz sahələrində önə çıxmalarını, beynəlxalq tədbirlərdə iştiraklarını və xarici iqtisadi əlaqələrinin qurulmasını təmin etməyə yönəlib.

Tədbirdə həmçinin qeyd olunub ki, bərabərlik hüququnun pozulması Cinayət Məcəlləsində öz əksini tapıb. Aydındır ki, gender bərabərliyi siyasətini özündə ehtiva edən qanunlar və dövlət proqramları qəbul edilib. Azərbaycan eyni zamanda, beynəlxalq konvensiyalara da qoşulub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.