AZ
Video yüklə

Gənclərin təhlükəli TREND-i davam edir

1 380 baxış Son xəbərlər
Son zamanlar gənclər arasında təhlükə yaradan trend-ə qatılımlar davam edir.

YPX.AZ xəbər verir ki, trenddə əsas meyyar hərəkətdə olan bir avtomobildə əyləşib ayaqlarını yola doğru sallayan gəncə digər bir avtomobilin yaxınlaşması və gəncin həmin nəqliyyat vasitəsinə toxunmasıdır.

Belə ki, növbəti təqdim etdiyimiz görüntülərdə hansısa bir nəqliyyat vasitəsində əyləşib ayaqlarını yola doğru sallayan gəncə 99 VD 733 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil yaxınlaşır və gənc əlini "Mercedes"in motorxanasının üzərinə qoymağa çalışır.

Təbii ki, bu gənclər arasında yayılan maraqlı bir trend kimi görünə bilər. Ancaq bu əməl çox təhlükəlidir və çox ağır nəticələnmə ehtimalı həddindən artıq çoxdur.

Gənclər bu kimi maraqlardan uzaq durmalı, nəqliyyat vasitələrini idarə edərkən yol hərəkəti qaydalarına əməl etməli və bunları sosial şəbəkələrdə paylaşaraq kimlərəsə nümunə olmamalıdırlar.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.