Gəncədə Milad bayramı qeyd edildi
17 baxış
Son xəbərlər
Gəncədə və bölgədə yaşayan provaslavlar bu gün Milad bayramını qeyd ediblər. Pravoslav təqviminə əsasən İsa peyğəmbərin doğulduğu gün - 7 yanvar ərəfəsini qeyd edən, pravoslav xristianlar Aleksandr Nevski adına Rus Provaslav kilsəsinə toplaşıblar.
Məbədin dini heyəti Həzrəti İsanın mövludu ilə bağlı ayinləri icra edib, tanrıya dualar oxuyublar. Pravoslav vətəndaşlar ölkəmizdə daima sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə və Vətən müharibəsində şəhid olanların ruhuna dualar oxuyublar.
Pravoslavlar qeyd ediblər ki, illərdir Gəncədə bu bayramı keçirirlər və heç vaxt problemlə üzləşməyiblər.
“Bu gün İsa Peyğımbərin dünyaya gəldiyi gündür və biz bu bayramı qeyd edirik.Mən Gəncədə doğulmuşam, böyümüşəm. İllərdir bu məbdə gəlirik və çox rahat ibadəttimizi edirik. Ölkə rəhbərinə təşəkkür edirəm,bütün xalqımıza təşəkkür edirəm. Çox rahat bir şəkildə gəlir və ibadətimizi edirik”.
“Milad bayramı münasibəti ilə hər kəsi təbrik edirəm. Gəncədə dünyaya gəlmişəm və burada böyümüşəm. On illiklərdir bu məbədə gəlirəm burada ibadət edirik. Hər kəsə uzun ilk növbədə can sağlığı, uzun ömür arzu edirəm.Mən Gəncədə doğulmuşam.Əcdadlarımda Gəncdədə yaşayır”.
Qeyd edək ki, İlkin statistikaya görə Gəncə şəhərində təxminən iki min nəfərə yaxın pravoslav məskunlaşıb. Qərb bölgəsində yeganə kilsə olan Aleksandr Nevski Rus Pravoslav Kilsəsi isə 1887-ci ildə inşa edilib və o dövürdən dini məbəd kimi fəaliyyət göstərir. Gəncə və ətraf bölgələrdə yaşayan provaslavlar illərdir milad bayramı keçirir və heç vaxt onlara qarşı ayrı-seçkilik olmayıb. Məhz Azərbaycanda yaradılan tolerantlıq, başqa dinlərə hörmət ölkəmizin bütün dünyaya bir nümunəsidir.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.