AZ
Video yüklə

Gənc qız ölümündən bir neçə saat əvvəl ərə getdi

110 baxış Son xəbərlər
Xərçəng xəstəliyindən əziyyət çəkən qızın arzusu ürəyində qalmadı, 18 saatlıq da olsa evliliyin dadını çıxara bildi.

XəzərXəbər nydailynews-a istinadla xəbər verir ki, Amerikanın Konnekitot ştatında yaşayan 31 yaşlı Heather Lindsay (Hetr Lindsi) adlı qız xəstəxanada gəlinlik geyinib, ərə gedib.

2 il əvvəl xərçəng diaqnozu qoyulan Hetr sevdiyi şəxslə ailə qurduqdan 18 saat sonra ölüb. Onların xəstəxanada baş tutan nikah mərasimlərini gəlinin rəfiqələri kameraya çəkiblər. Bəyin dediyinə görə, o, həmin anda xəstəxanadakılara qışqıraraq "mən onun xanımıyam, bacardım", - deyib.
"Bu marafon yarışçılarının xətti birinci keçəndə sevinməsinə bənzəyir", - deyə Linsdinin əri Karas Moşer söyləyib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.