"Fəlakət" icra başçısının toyunda

  • 29.02.2024
  • 0

Ötən gün Alidə Mustafayeva və Ağstafa Rayon İcra Hakimiyyətinin Başçısı Seymur Orucovun toyu baş tutub.

Bakıdakı restoranlardan birində keçirilən toyda sənət adamları da iştirak edib.

Məclisdə “Bozbaş Pictures” komandasından olan aktyor Nicat Rəhimov, Elşən Orucov və İlkin Həsəninin də iştirak etməsi marağa səbəb olub.

aktyorlar qız evinin qonağı kimi məxlisdə iştirak ediblər.

Qeyd edək ki, “Fəlakət” obrazı ilə məşhurlaşan aktyor Elşən Orucov bir müddətdir ki, Türkiyədə seriala çəkilirdi. O, ötən gün Bakıya geri dönüb və məclisdə iştirak edib.

 

 

 

Nə düşünürsən?