Fədayə ilə Tacir illər sonra birlikdə
9 723 baxış
Son xəbərlər
Uzun illərdir küsülü olan müğənnilər Fədayə Laçın və Tacir Şahmalıoğlu bir araya gəliblər.
Axşam.az xəbər verir ki, keçmiş duet ortaqları Moskvada toy məclisinə birlikdə dəvət olunublar. Onlar gecə boyunca duetlər oxuyub, səmimi görüntülər nümayiş etdiriblər.
Birlikdə olan videoları Tacir instaqram hesabında yayımlayıb. Fədayə isə hekayə bölümündə görüntü paylaşaraq "Tacirlə bir toya düşdük, oxumaq, sənət başqa şeydir" sözlərini yazıb.
Qeyd edək ki, Fədayə ilə Tacir illər əvvəl duet ortağı olublar. Hətta onların eşq yaşadığı da iddia edilib. F.Laçın həbs edildikdən sonra isə ifaçılar arasında mübahisə yaşanıb. Belə ki, Tacirin onun ünvanına "Fədayənin müəllimi olmuşam" sözü mübahisə yaratmışdı. F.Laçının bacısı İlahə Fəda onun ünvanına "Tacir müəllim ola bilməz. Onun musiqi fəaliyyətinə nəzər salsaq, Murad müəllimin sayəsində "Qarabağ bülbülləri"ndə bir parça "Bayatı şiraz" oxuyub. Və bununla da Qızıl Fonda düşüb. Onun elə uğuru bircə bu olub. Sonra nə oxuyub? Hansı mahnısı yadınızda qalıb? Tacir Fədayə ilə duet oxuyandan sonra tanınıb. Sən elə müəllimlik eləmisən ki, Fədayə indi həbsdədir" cavabını verib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.