AZ
Video yüklə

“Eurovision-2020”nin rəsmi sloqanı açıqlandı

2 344 baxış Son xəbərlər
Gələn il Niderlandın Rotterdam şəhərində baş tutacaq "Eurovision” mahnı müsabiqəsinin rəsmi sloqanı açıqlanıb.

Sfera.az xəbər verir ki, müsabiqənin rəsmi Yutub kanalında yerləşdirilən videoda ilk dəfə "Eurovision-2020”nin sloqanı - "Open Up!” ("Açıl!”) səsləndirilib.

"Open Up!” şüarı məqsədli şəkildə natamam səslənir: bir-birimizə açılaq. Musiqiyə açıl. Rotterdama açıl. Seçəcəyiniz hər şeyə açıq olun - şüarı özünüzəməxsus şəkildə tamamlamaq üçün azadlığı hiss edin”, - "Eurovoision TV” müsabiqənin icraçı prodüseri Sits Bakkerin sözlərini sitat gətirir.

Qeyd edək ki, müsabiqə 12-16 may 2020-ci il tarixlərində Rotterdamın "Rotterdam Ahoy” arenasında keçiriləcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.