AZ
Video yüklə

ETSN-də mətbuat konfransı baş tutub

6 baxış Son xəbərlər
Ekologiya və Təbii Sərvətlər nazirliyində ölkə üzrə aparılmış yaşıllaşdırma tədbirləri mövzusunda mətbuat konfransı keçirildi.

Mətbuat konfransında paytaxda, eləcə də işğaldan azad olunmuş ərazilərdə yeni ağac tinglərinin əkilməsi və eləcə də "Zəfər günündə Topxana meşəsində 44 min ağacın əkildiyi ilə bağlı məlumatlar verildi.

Konfransda çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev Cəbrayılda 2022-2026-cı illərdə 30 min hektara yaxın minalardan təmizlənmiş ərazinin meşə fonduna salınması nəzərdə tutulur.

O bildirdi ki, işğaldan azad olunmuş 10 hektar ərazidə Türkiyə ilə birgə qardaşlıq meşəsi salınacaq. “Tək Zəngilan, Cəbrayılda deyil, bütövlükdə regionu əhatə edəcək.

Nazir müavini Vüqar Kərimov isə çıxışında “minalardan təmizlənmiş ərazilərdə 1000 hektara yaxın yerdə meşə zolaqlarının salınması, meşə bərpa işlərinin planlaşdırıldığını qeyd etdi”. Onun sözlərinə görə, meşə zolaqlarının salınması bu ildən start veriləcək.

Oxçuçayla bağlı İl ərzində Şərqi Zəngəzur və Qarabağda 66 dəfə monitorinq işləri həyata keçirildiyini söyləyən Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva , monitorinqin nəticələrinin beynəlxalq təşkilatlara göndərildiyini vurğuladı.

Mətbuat konfransında həmçinin bildirildi ki, işğaldan azad olunmuş ərazilər su ehtiyatları ilə zəngindir: Hazırda 11 çay üzərində su ölçmə cihazları quraşdırılır. Əvvəlki dövrün göstəricilərinə görə, bu ərazilərdə 2 milyard kubmetrə yaxın su ehtiyatı var. 2 yeni su anbarının tikilməsi ilə bağlı layihə hazırlanır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.