AZ
Video yüklə
Ət kəskin bahalaşıb

Bu video hazırda oynadıla bilmir.

Ət kəskin bahalaşıb

544 baxış Son xəbərlər
Biləsuvar rayonunda mal ətinin satış qiyməti qalxıb.

Novoye-vremya.com-un Reporta istinadən məlumatına görə, artıq bir neçə gündür ki, mal əti bahalaşıb.

Satıcıların sözlərinə görə, bazarda mal ətinin qiymətində 1-2 manat artım var: "İndi mal ətinin 1 kq-ı 13-14 manata satılır. Əvvəl isə ətin qiyməti 12 manat idi".

Buna səbəb kimi diri mal-qaranın qiymətinin qalxması göstərilir.

Diri mal-qara satıcıları isə deyir ki, rayonda yem bahalaşdığı üçün bu da öz növbəsində diri heyvanların qiymətinə təsir edib: "Hazırda quru yonca bağlamasının qiyməti 6-7 manat arasında dəyişir. Amma keçən il bu qiymət 4-5 manat idi".

Həmçinin satıcıların sözlərinə görə, quzu ətinin qiyməti isə təxminən 1 ay öncə qalxıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.