Ərzaq buğdası ilə özünütəminat artırılır
11 baxış
Son xəbərlər
Azərbaycan dünya bazarlarında müşahidə edilən ərzaq böhranına qarşı öz imkanları hesabına mübarizə aparmaq niyyətindədir. Bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev də bu məsələyə toxunub. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan getdikcə güclənən ərzaq böhranının həlli üçün yeni imkanlardan istifadə edir.
Azərbaycanın yerli məhsul istehsalını artırmaq istəyi boş yerdən deyil. Dünya taxıl və ümumiyyətlə, ərzaq bahalaşmasının yeni dalğası ilə üz-üzədir. Bu məsələyə Birləşmiş Millətlər Təşkilatının ticarət və inkişaf üzrə konfransının ekspertlərinin yaydığı yeni bəyanatda xüsusilə toxunulub. Onların proqnozlarına görə, taxılın qiymətinin qalxması və gəmi nəqliyyatı xidmətlərinin bahalaşması hesabına bütün dünya üzrə ərzaq qiymətlərini daha 3,7 faiz artıracaq. Azərbaycan kimi gəlirləri orta səviyyədən yüksək olan ölkələrdə isə bu, 4,2 faizdən yüksək olacaq.
Azərbaycan yem taxılına olan ehtiyacının böyük hissəsini özü təmin etsə də, ərzaq buğdası ilə vəziyyət qənaətbəxş deyil. 2021-ci ildə Azərbaycan ərzaq buğdası üzrə özünü təminetmə səviyyəsini 25 faizə qaldırıb. Amma belə görünür ki, bu il yerli ərzaq buğdası istehsalı daha çox olacaq. Çünki bu il ilk dəfə olaraq əkin dövriyyəsinə daxil edilmiş 100 min hektar əkin sahəsinin böyük hissəsində ərzaq buğdası əkiləcək. Yeni sahələrin 50 min hektarı azad edilmiş ərazilərə düşsə də, 50 min hektarı isə ölkənin digər regionlarının payına düşəcək. Lakin hökumətin yerli taxıl isteşhsalını artırmaq istiqamətində atdığı addımlar yalnız bununla bitmir.
Kənd Təsərrüfatı Nazirliyinin bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri İmran Cümşüdov Real TV-yə müsahibəsində bildirib ki, Azərbaycan taxıl sahələrində həm də təkrar əkin praktikasından istifadə edəcək.
Bu addımlar Azərbaycanda taxıl istehsalını ən azı 500 min ton artıracaq ki, bunun da böyük hissəsi ərzaq buğdası olacaq. Nəticədə, Azərbaycanın xarici buğdadan asılılıq səviyyəsi getdikcə azalacaq və bu, artıq özünü bu ilin ilk beş ayının idxal statistikasında da göstərir. Əgər 2021-ci ilin yanvar-may ayalarında Azərbaycana xaricdən 392 min ton buğda gətirilmişdisə, bu il bu göstərici 355 min tona düşüb, yəni idxalda 10 faiz azalma olub. Artıq Azərbaycanda biçin başlayıb və sonrakı aylarda buğda idxalı daha da azalacaq və yerli məhsulla özünü təmin səviyyəsi 50 faizə yaxınlaşacaq. Bu trendin davam etdirilməsi yaxın illərdə Azərbaycanın buğda ilə tam özünütəminata keçməsinə imkan yaradacaq. Bu isə həm ərzaq təhlükəsizliyi baxımından, həm də ümumilikdə dövlət təhlükəsizliyi baxımından böyük uğur olacaq.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.