AZ
Video yüklə

Ermənistanın əsassız tələbləri

11 baxış Son xəbərlər
Faktlar ortaya qoymağı bacarmayan Ermənistan növbəti dəfə diplomatik masada nəinki çıxış etmək, hətta masanın kənarında düzgün oturmağa nail olmadı.

Beynəlxalq ədalət məhkəməsində Azərbaycanın rəsmi İrəvana qarşı qaldırdığı vəsatətin dinləmələri zamanı Ermənistan məzlum obrazı yaratmaq adətinə uyğun olaraq, sübutlar əvəzinə emosional cümlələr səsləndirib. "Qarabağdakı ermənilərin son şansı ədalət məhkəməsinin qəbul edəcəyi qərardan asılıdır" deyən erməni nümayəndə bərabər yaşamaq üçün Azərbaycanın Qarabağ ermənilərinə hər cür imkanı yaratdığını yaxşı bilir. Bizsə tarixi çox yaxşı xatırlayırıq. Erməni xalqının ağzı isti yerdə olanda necə naşükür davrandığını unutmaq artıq mümkün deyil. Ölkəmiz məhkəmə prosesində bu naşükürlüyü çoxsaylı sənədlərin nümayişi ilə hakimlərə təqdim etməyə nail olub.

Erməni tərəfi belə gülünc iddia səsləndirib ki, Laçın-Xankəndi yolundakı ekoloji aksiya iştirakçıları mülki geyimlə çıxış edən xüsusi qruplardır. Və onlar yolu məqsədli şəkildə bağlayıblar. İnsan həyatı üçün böyük təhlükə yaradan minaları artıq qanunsuz şəkildə bu yolla daşıya bilmədiyi üçünmü Ermənistan belə narahatdı? Və ya II Qarabağ müharibəsi bitdikdən sonra əssasız şəkildə, gizlincə torpqalarımızda mina basdırmaqla məşğul olanda beynəlxalq ədalət yadına düşürdü?

Dinləmələr zamanı Ermənistan tərəfindən çıxış edən vəkil konkret sənədlər təqdim etməkdən daha çox Prezident İ.Əliyevin və ya digər azərbaycanlı rəsmilərin çıxışlarını təhrif etməklə, özlərinə uyğun mənalar çıxarmaqla məşğul olub.

2021-ci ilin dekabrında Beynəlxalq ədalət məhkəməsi Ermənistana mina basdırmağı dayandırmaq və mina xəritələrinin Azərbaycana verilməsi ilə bağlı tövsiyə etmişdi. Lakin Ermənistan tərəfi məhkəmənin bu qərarına məhəl qoymadı. Rəsmi İrəvan Haaqa məhkəməsinin tövsiyələrini yerinə yetirmirsə, son dinləmələrdə onların iddiaları nə dərəcədə ciddi qarşılanmalıdır. Ermənistan qəbul etdiyi konvensiyalara əməl etməyərək ədalət məhkəməsinin qərarına hörmətlə yanaşmayacaqsa onlara qarşı cəza mexanizmi tətbiq edilməlidir.

Qeyd edək ki, dinləmələr artıq yekunlaşıb. Bundan sonra Haaqa Beynəlxalq Ədalət Məhkəməsi müzakirələrə başlayacaq. Müvəqqəti tədbirlərin görülməsi barədə vəsatətlə bağlı məhkəmənin qərarı açıq iclasda çıxarılacaq və onun vaxtı müəyyən edilmiş müddətdə elan olunacaq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.