AZ
Video yüklə

Ermənistanı məhv edəcək görüntülər ortaya çıxdı

785 baxış Son xəbərlər
Azərbaycan qarşısında tarixi məğlubiyyətə uğrayan Ermənistanın beynəlxalq məhkəmələrdə ittiham edilməsinin yolunu açacaq daha 11 sənəd üzə çıxıb. Publika.az xəbər verir ki, İnsan Haqlarını Müşahidə Təşkilatı Dağlıq Qarabağ bölgəsində apardığı monitorinqin nəticələrini paylaşıb. Təşkilat noyabr ayında Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtərə edilən hücumları araşdırıb. Sənədlərdə Ermənistan silahlı birləşmələrinin ballistik raket, özüyeriyən top və böyük kalibrli top mərmiləri ilə Azərbaycanın mülki infrastrukturunu hədəf aldığına dair 11 hadisə yer alıb. Aparılan araşdırmalarda sözügedən hücumların ən az dördündə Ermənistan tərəfindən atılan bombaların açıq hərbi hədəflərin yerləşmədiyi bölgələrdə mülki yaşayış yerlərini vurduğu və burada çox sayda dinc insanın şəhid olduğu üzə çıxıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.