Ermənistandakı Azərbaycan abidələri məhv edilib
4 baxış
Son xəbərlər
Təəssüflər olsun ki, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında ilk erməni sakinləri yerləşdiriləndə məskunlaşma siyasəti nəticəsində mədəni irsimiz yer üzündən silindi. Tarixi irsimizin yerdə qalan hissəsinə də 1988-ci ildə soydaşlarımız Qərbi Azərbaycandan deportasiya olunandan sonra divan tutuldu. Söhbət 3 500 -dən çox tarixi mədəniyyət, 391 dini abidənin taleyindən gedir.
Pəmbək mahalında, Böyük Qarakilsə rayonunda yerləşən Arçut kənd məsçidi də dağıdılıb. Qəbir daşlarının üzərində Azərbaycan dilində yazılar (ərəb qrafikası və kiril əlifbası) olmaqla qorunub saxlanıb. Məscidin yerləşdiyi Arçut kəndində 40 həyət olub və orda 357 azərbaycanlı yaşayıb. Sovet dövründə əhali sayı 1500 olan kənddə ümumilikdə üç qəbiristanlıq dağıdılıb.
15-ci əsrə aid olan, İrəvan şəhəri yaxınlığında yerləşən Cəfərabad kəndindəki Pir-Hüseyn türbəsi Qaraqoyunlu tayfalarından olan Səədli tayfasının başçısı Əmir Səədin qəbri üzərində ucaldılıb. Ermənistanın rəsmi dairələri sübut etməyə çalışıblar ki, azərbaycanlılar burada guya heç vaxt yaşamayıblar. Ona görə də orta əsr məqbərəsini “Türkmən mavzoleyi” adlandıraraq saxtalaşdırıblar. Abidənin yanında quraşdırılan lövhədə türbənin Qaraqoyunlu dövlətinə aid olduğu qeyd olunsa da, əsas lövhədə "Türkmən tarixi irsi" kimi qeyd edilir. Beləliklə, abidənin Azərbaycana məxsus olduğu inkar edilir.
Erməni vandalizminin daha bir izləri də 18-19-cu əsrlərə aid olan İrəvanın Kaskad məhəlləsində yerləşən “Dəmirbulaq Məscidi”ndə aşkarlanıb. İrəvanda 1988-ci ilə qədər fəaliyyət göstərən yeganə məscid olan bu tikili sonradan yandırılıb, 1990-cı ildə isə tamamilə yerlə-yeksan edilib. Hazırda yerində “Rossiya” ticarət mərkəzi fəaliyyət göstərir.
Ermənistanda 17-ci əsrə aid olan Əkərək kənd məscidi də tamamilə dağıdılıb, yalnız kənar divarların xarabalıqları qalıb. Ən acınacaqlısı odur ki, məscidin ərazisini indi ermənilər zibilxana kimi istifadə edirlər.
Lori mahalında yerləşən və 12-ci əsrə aid olan “Loru Qala Məscidi”nin isə qorunub saxlanması baxımdan bir az bəxti gətirib. Çünki onu erməni kilsəsinə çeviriblər. Çəkilən kadrlarda da məscidin daxili hissəsinin Şuşadakı “Gövhər Ağa məscidi”nin interyeri ilə böyük ölçüdə eyni olduğunu görmək olar. İndi onun üzərində ermənilərin saxtalaşdırmaq məqsədilə tamamladığı erməni milli elementləri görünür. Üstəlik, məscidin yanındakı müsəlman qəbiristanlığında məzar daşlarına erməni xaçları da əlavə ediblər. Guya burada yalnız ermənilər ibadət edib, elə ermənilər də dəfn edilib.
Dərələyəz mahalının Ağkənd kəndinin yuxarısında yerləşən Şah Abbas Səlim karvansarası da saxtakarlığa məruz qalıb. Xalq arasında karvansara Şah Abbasın adı ilə çağırılıb. Karvansaranın girişindəki daş kitabədə abidənin Elxanilər hökmdarı Əbu Səid Bahadur Xan tərəfindən tikildiyi göstərilir. 1918-ci ilə qədər Ağkənddə yalnız azərbaycanlılar yaşayıb. Lakin ilk ermənilər 1923-1925-ci illərdə yerləşdirilib ki, bunların da sayı 172 nəfər təşkil edib. 1988-ci ildə bütün azərbaycanlılar kənddən qovulduqdan sonra karvansaranın tarixi saxtalaşdırılaraq dünya ictimaiyyətinə erməni tarixi abidəsi kimi təqdim edilib.
İrəvan qalasında, Sərdar Xan sarayının yaxınlığındakı “Sərdar məscidi”nin taleyi də ürəkaçan deyil. Çar Rusiyasının dövründə “Abbas Mirzə” bəzən də “Şah Abbas” kimi tanınan məscid 17-sı əsrə aid olan dini abidədir. Lakin 20-ci əsrin əvvəllərində Osmanlı İmperiyasından gələn erməni qaçqınların buraya yerləşdirilməsi ilə Sərdar məscidinin də taleyi dəyişir. Dini abidə hissə-hissə dağıdılaraq yerində yaşayış evləri tikilir. Son dövrlərə qədər qalan bu divarı da sökülərək yerində uşaq meydançası tikilir.
İrəvanda Təpə-başı yaşayış massivində yerləşən Təpəbaşı məscidi dağıdılıb. Məlumatlara görə, məscidi İrəvan şəhər idarəsinin üzvü, xan nəslinin nümayəndəsi İrəvan xanı - Abbasqulu xan tikdirib. Onun evi də bu məhəllədə yerləşirdi. İndi bərbad vəziyyətdə olan ərazi hazırda yoxsul erməni ailəsi tərəfindən mənzil kimi istifadə olunur. Bu günə qədər də bura “Xan evi” adlandırlır. Məscidin həyətində və onun ətrafında ermənilər gecəqondular salıblar. Bunları sübut etmək üçün saysız-hesabsız faktlar var.
Amma bu qədər faktlara UNESCO hələ də susur.
Azərbaycan prezidenti də bu illər ərzində mədəniyyət abidələrinin mənimsənilməsi və dağıdılması ilə bağlı dəfələrlə çağırışlar edib. Təəssüf ki, beynəlxalq təşkilatlar, o cümlədən YUNESKO bu çağırışlara göz yumur.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.