AZ
Video yüklə
Ermənistan xəritədən silinə bilər

Bu video hazırda oynadıla bilmir.

Ermənistan xəritədən silinə bilər

371 baxış Son xəbərlər
Ermənistan mətbuatı Rusiya əleyhinə total təbliğat apararkən, erməni toplumunun Kremlə qarşı qəzəbli olduğunu qabardır… Rusiya siyasi dairələri isə Kreml qəzəblənərsə, Ermənistan dövlətinin xəritədən silinə biləcəyinə eyham vururlar…

Rusiya-Ermənistan münasibətlərində kəskin ziddiyyətlərin olduğu müşahidə edilir. Hətta bu ziddiyyətlərin yaxın vaxtlarda daha da dərinləşərək, gərginləşmə mərhələsini başlada biləcəyi də qətiyyən istisna deyil. Və əslində, rəsmi İrəvanla Kreml arasındakı münasibətlərdə çatların yaranması müəyyən mənada, həm də gözlənilməz xarakter daşıyır.

Ancaq son dövrlərdə baş verən hadisələr nə vaxtsa, gözlənilməz və ya qeyri-mümkün sayıla biləcək olayları reallığa çevirib. Rusiya-Ermənistan ziddiyyətləri də vaxtilə qeyri-mümkün hesab olunurdu. İndisə, inkaredilməz reallıqdır. Və yaxın gələcəkdə bu iki müttəfiq ölkə arasında çəkişmənin daha da dərinləşə biləcəyi qətiyyən istisna deyil.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.