AZ
Video yüklə

Ermənilər görün Azərbaycan torpaqlarını necə reklam edir: axın-axın turist gəlir

1 137 baxış Son xəbərlər
Ermənilər xarici turistləri Qarabağa cəlb etmək üçün ərazidə çoxlu sayda otel, motel və hostellər istifadəyə verib. Unikal.org-un əldə etdiyi məlumata görə, Ermənistan hökuməti işğal etdiyi Azərbaycan torpaqlarında memarlıq nümunələri sayılan binaları təmir edərək otel kimi istifadəyə verirlər. Bədnam qonşularımız gələn turistlərə Azərbaycanın tarixi abidələrini, memarlıq nümunələrini və yeməklərini özününkü kimi təqdim edirlər. Ermənistan hökuməti Kəlbəcər, Ağdərə, Xocavənd, Şuşa və Xankəndində turizmin inkişafı üçün investisiya qoyur, hər il yeni-yeni otellər, hostellər istifadəyə verirlər. Bu otellərdən "Shushi Grand Hotel”, "Shushi Hotel” , "Avan Shoushi Plaza”, Armen and Christina's B&B, "Europa otel Artsakh”, "Nairi international Otel daha çox turist qəbul edir. Bundan başqa, ermənilər buradakı boş azərbaycanlı evlərini təmir edib, turistlərə icarəyə verərək gəlir əldə edirlər. Xankəndində olan "Nelly's Guesthouse Stepanakert”, "Sofia” hostellərində bir günün qiyməti 13-38 dollar, Şuşa şəhərində yerləşən hosteldə bir günlük qiymət 36 dollardır. Laçın şəhərində "Berdzor Guesthouse” və "Hostel in Berdzor” hostelləri fəaliyyət göstərir. Ermənilər Laçında və digər ərazilərimizdə yalançı tarix muzeyi yaradaraq gələn xariciləri təşkil etdikləri turlarla bura gətirərək, maddi mədəniyyət nümunələrini erməni eksponatı kimi təqdim edirlər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.