Ermənistanın hərbi qulluqçuları tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı zaman-zaman ağır cinayətlər, soyqırımları törədilib. Bununla bağlı çoxsaylı faktlar mövcuddur. Amma Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu nəinki heç zaman erməni mülki əhaliyə silah qaldırmayıb, əksinə , onlara yardım əlini uzadıb, humanist mövqe nümayiş etdirib. Məsələn, bu günlərdə Ağdamın Gülablı kəndində məskunlaşmış ermənilər ərazidə qalan əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərinə müraciət ediblər. Hərbçilərimiz də həmişə olduğu kimi bu dəfə də onlara yardım edib. Hətta ermənilərə tövsiyə edilib ki, Azərbaycan vətəndaşı kimi burada qala, dinc şəkildə yaşaya bilərlər. Və Azərbaycanın digər vətəndaşları kimi bütün hüquqlardan istifadə edə bilərlər. Dialoqdan aydın olur ki, ermənilər Azərbaycan Ordusunun hərbi qulluqçularının davranışından razıdır və buna görə təşəkkür də edirlər. Bu hal bir daha Azərbaycan Ordusunun hərbi qulluqçularının yüksək peşəkarlığını, humanistliyini və insanpərvərliyini göstərir.