Erməni vandalizminin dəhşətli üzü
7 baxış
Son xəbərlər
Bu gün Azərbaycanın qarşısında erməni vandalizminə məruz qalmış 10 min kvadrat kilometr ərazini yenidən bərpa etmək kimi çox çətin vəzifə dayanır.
BMT ekspertlərinin hesablamalarına görə, Azərbaycan iqtisadiyyatına dəyən zərər 53,5 milyard, ətraf mühitə dəyən ziyan isə 265 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir.
Qarabağ və Şərqi Zəngəzurda illərlə davam edən bu talan, həm də xalqımızın milli-mənəvi irsinin məqsədyönlü şəkildə məhvi idi. Amma təəssüflər olsun ki, nə işğal dövründə, nə də torpaqlar azad olunandan sonra Qərbin Beynəlxalq Təşkilatları Azərbaycana heç bir dəstək vermədi.
Tarixən davam edən ikili standartlar bu dəfə də Anti-Azərbaycan kampaniyasına çevrildi. Halbuki, ölkəmizin Ermənistanı ittiham etməyə tam əsasları var. Ermənistanın xalqımıza məxsus abidələri dağıtması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir.
Qeyd etdiyimiz kimi Qarabağ və Şərqi Zəngəzurda bərpa, yenidənqurma işlərini Azərbaycan öz vəsaitləri hesabına həyata keçirir. 2021 və 2022-ci ilin dövlət büdcəsindən bu məqsədlə 4,4 milyard manat vəsait ayrılıb. Bu vəsaitin hesabına azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, müasir infrastrukturların yaradılması, yol, işıq, su, qaz, rabitə və digər zəruri infrastrukturların,eləcə də təhsil, səhiyyə, mədəniyyət obyektlərinin, yaşayış evlərinin tikintisi və mədəni-tarixi abidələrin bərpası nəzərdə tutulub.
Azərbaycan İşğaldan azad edilmiş ərazilərdə həm də ağıllı şəhər, ağıllı kənd konsepsiyalarını həyata keçirir, bu əraziləri “yaşıl enerji” zonası elan edir. Bir sözlə, ölkəmiz hazırda Avropa ittifaqına üzv olan Lüksemburqdan 4 dəfə böyük ərazinin bərpası, onun dünya mədəniyyətinə inteqrasiyası ilə məşğuldur. Qərb isə öz işləri ilə....

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.