Ərini bacısı ilə yataqdan tutan qadından şok sözlər
1 741 baxış
Son xəbərlər
37 yaşlı Gülayın ünvanı qadın sığınacağıdır. Özünə bir küncdə yer tapıb yaşamağa çalışır. Deyir dünyaya gəlməyi də çətin olub: "Deyiblər ya anası, ya uşaq. Bəlkə də elə o vaxtdan doğulmasaydım daha yaxşı olardı". Amma təsadüfdənmi, ya alın yazısındamı anası da, özü də sağ qalıb. 1979-cu il noyabrın 21-də dünyaya göz açıb Gülay. Valideynlərinin ilk ovladı olub. Normal ailə, ata-ana yanında böyüyüb. Ondan sonra ailədə daha bir qız və bir oğlan doğulub. Özünü dərk edəndən ən böyük arzusu ali məktəbdə oxumaq olub. O da hamı kimi məktəbə gedib. Riyaziyyat üzrə olimpiadada, atıcılıq üzrə yarışlarda birinci yerə çıxıb. Gülay oxumağı o qədər sevirmiş ki, qışda ayaqqabısı ayağını yara edəndə dərsdən qalmasın deyə, qarda yay ayaqqabısı ilə məktəbə gedirmiş: "Əvvəllər ailəmdən narazı deyildim. Oxumaq üçün hər şeyimi verdim, amma faydası olmadı. Bəzən hətta suallar verirdilər - atanı çox istəyirsən, ya ananı, cavab verirdim heç kəsi. Çünki həqiqətən də mənim heç kəsə istəyim olmayıb. Mən ancaq kitablarımı sevmişəm". "Təhsil almaq arzusu 100 dolların qurbanı olub." - Səyyar Tv milli.az-a istinadən bildirir ki, təhsil almaq arzusu gerçəkləşməyib Gülayın atası əvvəl böyük kolbasa zavodlarından birinin müdiri, sonra restoran sahibi olub. Buna baxmayaraq o, qızın ali təhsil almaqda dəstək olmayıb: "Oxumaq arzum 100 dolların qurbanı olub. Mən ilk nəvə idim ailədə. Bizlərdə ilk nəvəyə hər ad günümdə qızıl beşlik gətirirdilər. Adıma 10-15 qızıl beşlik yığılmışdı. Anama dedim ki, onun ikisini ver mənə, təhsil almaq istəyirəm. Anam dedi ki, atandan icazəsiz verə bilmərəm. Bizim evdə o zamanlar heç nəyin sayı-hesabı yox idi. O qızıldan ikisi mənə verilsəydi də, hiss olunmayacaqdı. Amma anam vermədi. Səhərisi atam maşını ilə qəza törətdi, maşınının mühərriki dağılmışdı.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.