AZ
Video yüklə

Ərdoğanla Putinin görüşü bölgədə nəyi dəyişəcək?

81 baxış Son xəbərlər
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında baş tutacaq görüş zamanı İdlib məsələsinə həsr olunan danışıqlar, eyni zamanda Türkiyə-Rusiya əlaqələri və Suriyadakı vəziyyətin müzakirə ediləcəyi gözlənilir”.

Bunu APA TV-yə müsahibəsində Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver bildirib. Onun sözlərinə görə, Ankara Moskva arasında baş tutacaq danışıqlar zamanı Ukrayna, Gürcüstan, Liviya mövzusunda da müzakirələr baş tuta bilər.

Xüsusilə də İdlibdə baş verən son hadisələrin hər cür önəmli məsələlərdən öndə dayandığını deyən Akkan Suver buna səbəb kimi son günlər həmin bölgədən şəhid xəbərlərinin gəlməsini göstərir.
“Bununla yanaşı görüşün əsas müzakirə predimeti Qarabağ müharibəsindən sonrakı dövrdə yəni post müharibə dövründə həllini gözləyən məsələlərin olmasıdır. Dağlıq Qarabağ məsələsində Ankara ilə Moskvanın zaman-zaman fərqli düşüncələrinin olduğunu bilirik. Türkiyə hər zaman Azərbaycanın yanındadır və bu mövzuda dəstəyi birmənalıdır. Türkiyənin dəstəyi hökumət və dövlət səviyyəsində olmaqla yanaşı həm də millət səviyyəsindədir. 85 milyon əhalisi ilə Azərbaycanın yanındadır”.

Milli Məclisin deputatı Arzu Nağıyev isə hesab edir ki, iki ölkə liderlərinin görüşü zamanı həm qlobal təhlükəsizliyə təhdidin qarşısının alınması istiqamətində, həm də iqtisadi-siyasi məsələlər müzakirə mövzusu olacaq.
Bu gün Rusiyaya qarşı çox ciddi sanksiyaların mövcud olduğunu deyən deputat onu da bildirib ki, Türkiyə hazırkı durumda Rusiya üçün mühüm tərəfdaş ola bilər. Bu görüşdə bizi maraqlandıran əsas məsələ Qarabağ məsələsidir.

“Son zamanlar ərazilərimizin demorkasiya və delmitasiyası məsələləri, eyni zamanda ərazilərin minalardan təmizlənməsi, birgə təlimlərin keçirilməsi gündəmdədir. Qarabağ məsələləri başlayanda əsas qarşıya qoyulan məqsəd o idi ki, heç bir Türk dövləti arasında quru sərhədi olmasın. Bu gün artıq o imkan yaranıb və biz quru sərhədə çıxırıq. Ən mühüm məsələlərdən də biri məhz Zəngəzur dəhlizi vasitəsi ilə Naxçıvana oradan da Türkiyəyə və Avropaya çıxmaqdır. Orda söhbət tək dəmir yolundan getmir, eyni zamanda avtomobil yolundan, kəmərlərin keçməsindən gedir. Bu yolun açılmasında hamının o cümlədən də Rusiyanın marağı var. Ona görə düşünürəm ki, həm Qazax istiqamətində həm də Zəngəzur dəhlizi bu müzakirənin predmeti ola bilər”.

Arzu Nağıyev Türkiyə Prezidentinin “İğdırdan Azərbaycana yol çəkiləcək” fikrinə də münasibət bildirərək deyib ki, cənab Ərdoğanın bu mesajı məhz yaxın zamanda Zəngəzur dəhlizinin açılacağına işarədir.

Deputatı Elman Nəsirov isə hesab edir ki, yola saldığımız həftə ərzində Türkiyə Prezidentinin dünyanın aparıcı ölkə və təşkilatlarının liderləri ilə görüşlərindən sonra Rusiya Prezidenti ilə görüşməsinin regionda davamlı sülhün və sabitliyin təminatı üçün xüsusi əhəmiyyəti olacaq.

“Ermənistan bir tərəfdən əməkdaşlıqdan bəhs edir, digər bir tərəfdən də bütün təşəbbüslərin adını məhz status məsələsi ilə bağlayır. Ermənistan rəhbərliyi deyir ki, sərhədlərin delmitasiya və demorkasiyası məsələsini istəyirik, ancaq status məsələsi həll edildikdən sonra. Bu yanaşmaların üzü faktiki olaraq post-münaqişə dövrü üçün yeni gərginlik ocaqları yaradır. Bu revanşizmin daha da güclənməsinə gətirib çıxarır. Nəticə etibarı ilə üçüncü Qarabağ müharibəsini labüd edə bilir.”

Qeyd edək ki, sentyabrın 29-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşü keçiriləcək. Görüş Rusiyanın Soçi şəhərində baş tutacaq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.