Əqli Mülkiyyət Agentliyi vebinar keçirib

  • 22.04.2022
  • 0

Əqli Mülkiyyət Agentliyi tərəfindən 23 Aprel - "Ümumdünya Kitab və Müəlliflik Hüququ günü" münasibətilə "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan torpaqlarına hay-erməni iddialarının davam etdirilməsi haqqında" mövzusunda vebinar keçirildi.

Görüşdə mədəniyyət nümayəndələri, proffesor və tarixçilər, akademiklər, həmçinin ictimai xadimlər mövzu ilə bağlı müxtəlif məruzələrlə çıxış etdilər.

Vebinarı giriş sözü ilə açan agentliyin idarə heyətinin sədri Kamran İmanov, tarixi saxtalaşdırmağa meyilli olan xarici müəllif yazılarının ictimai rəyə mənfi təsirini qeyd etdi.

Mədəniyyət Naziri Anar Kərimov görüşdəki çıxışı zamanı düzgün, məqsədyönlü və uzunmüddətli siyasət apararaq erməni mifologiyasını darmadağın edən alimlərin yetişdirilməsi və bu mövzuların araşdırılmasının vacibliyini vurğuladı.

Qeyd edək ki, vebinar akademik və professorların mövzu haqqında müxtəlif məruzələri ilə davam etdi.

Nə düşünürsən?