AZ
Video yüklə

Elm İnstitutunun 90 illiyi qeyd olunub

10 baxış Son xəbərlər
Gəncədə ”Heyvandarlığın müasir problemləri və innovativ konsepsiyalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun yaranmasının 90 illiyinə və akademik Firuz Məlikovun anadan olmasının 120 illiyinə həsr olunmuş konfransda heyvandarlıq sahəsində aparılan elmi tədqiqatlar, heyvanların cins damazlıq tərkibinin yaxşılaşdırılması istiqamətində beynəlxalq təcrübə, innovativ yanaşmalar və digər mövzularda müzakirələr aparılıb.

Konfransda açılış nitqi ilə çıxış edən Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, hazırkı dövrdə hər bir ölkənin davamlı iqtisadi yüksəlişinin təmin edilməsi ilk növbədə həmin ölkədə elmin müasir tələblərə uyğun inkişaf etdirilməsini zəruri edir. İqtisadiyyatın innovasiyalara əsaslanan inkişaf istiqamətlərinin müəyyən edilməsi elmin, xüsusilə elmi-tədqiqat işlərinin inkişaf səviyyəsindən birbaşa asılıdır. Bu baxımdan elmi müəssisələr bilik iqtisadiyyatına keçidin və inkişafın hərəkətverici qüvvəsi rolunda çıxış edir.

Konfransda çıxış edən Milli Məclisin aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev bildirib ki, heyvandarlıq kənd təsərrüfatının əsas sahələrindən biri kimi ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Dövlət dəstəyi tədbirləri bu sahənin inkişafına müsbət təsir edir. Heyvandarlıq sahəsində praktiki təcrübələrlə yanaşı elmi tədqiqatlarda vacib əhəmiyyət kəsb edir. Elmi tədqiqat müəssisələri öz fəaliyyətlərini günün çağırışlarına uyğun qurmaqla bu sahənin daha da inkişafına öz töhvələrini verməlidirlər.

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyətinə həsr olunmuş təqdimatla çıxış edib.
Daha sonra institutun əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.

Konfrans iştirakçıları tədbir çərçivəsində Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalara, təcrübə fermalarına, yaşıl yem kütləsi istehsal edən konteynerlərə baxış keçiriblər.

Konfrans işini sabah başa çatdıracaq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.