AZ
Video yüklə

Əks yola çıxıb avtomobillərin üzərinə sürən “Avtoş” həbs edildi

270 baxış Son xəbərlər
İki gün öncə paytaxt yollarında müxtəlif qayda pozuntuları nümyaiş etdirərək avtoxuliqanlıq edən 90 HS 500 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü haqqında sujet yayımlamışdıq.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən YPX.AZ-a verilən məlumata görə, paytaxt ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb.

Belə ki, idarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında, YPX.AZ-da gedən sujetlə bağlı araşdırılma aparıldığını və araşdırmalarla sürücünün Nəcəfli Fəqan Əfqan oğlu olduğunun müəyyənləşdirildiyini deyib.

“Hyundai” markalı avtomobili idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs barəsində yol polisi tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. 4 aprel 2020-ci il tarixində məhkəmənin qərarı ilə Nəcəfli Fəqan barəsində bir il sürücülük hüququndan məhrum edilməklə 25 gün müddətində inzibati həbs tədbiri seçilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.