AZ
Video yüklə

Əks yola çıxan sürücünün qarşısını kəsdi və …

726 baxış Son xəbərlər
Bir sürücü, əks yola çıxan digər sürücünün önündə dayanaraq ondan öz yoluna qayıtmasını tələb edib.

YPX.AZ xəbər verir ki, Elşən Mehdiyev ilə Yavər Əliyev küçələrini birləşdirən yol ötürücüsündə 99 SH 475 dövlət qeydiyyat nişanlı “Reno” markalı avtomobilin sürücüsü əks yola çıxaraq nəqliyyat axınının əksi istiqamətdə hərəkət etməyə başlayıb.
Bu zaman həmin yol ilə hərəkət edən digər bir sürücü, idarə etdiyi nəqliyyat vasitəsini, qarşıdan gələn avtomobilin qarşısında saxlayıb və sürücüdən öz yoluna qayıtmasını tələb edir. Uzun gözləmədən sonra qayda pozan sürücü öz yoluna qayıdıb ancaq haqsız olmasına baxmayaraq ondan yoluna qayıtmasını tələb edən sürücünü qınadıqdan sonra yoluna davam edib.

Həmin görüntüləri sizlərə təqdim edirik:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.