AZ
Video yüklə

Ekoloji terrora son qoyulması aksiyası

85 baxış Son xəbərlər
Artıq 3 gündür ki, Şuşada Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.

Aksiya indi də davam edir. Aksiyaçılar gecəni ərazidə qurulan çadırlarda keçirib. Çadırlara qısa müddətdə işıq çəkilib, lazımi avadanlıqlarla təmin edilib. Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri Elnarə xanım Məhərrəmova da Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyasında iştirak edir.

Yenilik.az keçirilən aksiyadan video görüntüləri təqdim edir:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.