Milli Elmlər Akademiyası Nəsimiyə aid olan, lakin indiyə qədər çap edilməyən bir çox əlyazmaları üzə çıxarıb. Bunu Reala açıqlamasında Milli Elmlər Akademiyasının vitse prezidenti, filologiya elmləri doktoru İsa Həbibbbəyli bildirib.
Müsahibim onu da deyir ki, indiyə qədər həm Nəsimi, həm də başqa klassiklərin divanları kitab kimi çap olunarkən klassik minyatürlərlə, daha doğrusu Soltan Məhəmməd Təbrizinin münyatürləri ilə çap olunub. BU il Nəsimi ili çərçivəsində ilk dəfə olaraq Nəsiminin divanını öz rəssamımızın minyatürləri bəzəyəcək.
XatırladAq ki, bu il prezident İlham Əliyevin sərəncamıyla Nəsimi ili elan olunub. Şairin 600 illik yubileyi də hələ 70-ci illərdə Yunesko qərarıyla bütün dünyada qeyd edilmişdi.






























