AZ
Video yüklə

DYP əməkdaşları sürücünü yanan maşının içərisindən çıxartdı

234 baxış Son xəbərlər
Ötən gün Pirallahı yolunda avtomobil aşıb.
BAKU.WS Oxu.Az xəbər verir ki, mercedes markalı 90-XU-979 dövlət nömrə nişanlı avtomobil qəzaya uğrayaraq aşıb.
Aşan maşın qısa zamanda alışmağa başlayıb və sürücü içərisində qalıb. Ərazidə xidmət aparan Dövlət Yol Polisi əməkdaşları dərhal hadisə yerinə yaxınlaşıb.
Mövcud vəziyyətdə zaman itirmədən həyatlarını təhlükəyə atan DYP əməkdaşları sürücünü yanan maşından xilas ediblər. Zəruri təhlükəsizlik tədbirləri görülməklə yanan avtomobil söndürülüb.
Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.