AZ
Video yüklə

Dünyanın ən uzun şüşə körpüsü istifadəyə verildi

93 baxış Son xəbərlər
Çinin Hıbey əyalətində dünyanın ən uzun şüşə körpüsünün inşaşı bitdi.

488 metr uzunluğunda və 2 metr genişliyindəki, zəmini şüşədən olan körpü Pingşan rayonundakı Hongyagu turizm sahəsində olan vadidə inşa edilib.

Körpü 218 metr yüksəklikdə, 70 ton ağırlığındadır.

Körpünün inşasında hər biri 4 santimetr qalınlığındakı 1077 şüşə paneldən istifadə olunub.

"Göy Körpü" adı verilən körpünün üstündən eyni anda 2 min insan keçə bilir. Lakin tək səfərdə 500 nəfərin keçməsinə icazə veriləcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.