AZ
Video yüklə

Dubayda dünyanın ən hündür oteli açılacaq

45 baxış Son xəbərlər
2022-ci ilin sonunda və ya 2023-cü ilin əvvəlində Dubayın “Dubai Marina” rayonunda dünyanın ən hündür oteli - “Ciel” açılacaq. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “russianemirates.com” yazıb.



360 metrlik yeni bina 82 mərtəbədən ibarət olacaq və hazırkı rekordçu – “Gevora” otelini cəmi 4 metr üstələyəcək.1209 lüks otaqlı oteli “The First Group” şirkəti ucaldır. Binanın memarı qismində “Norr” bürosu çıxış edir.



Müasir interyerlərdə yaşıllıq üstünlük təşkil edəcək. Otelin digər özəllikləri barədə məlumat yaxın zamanda açıqlanacaq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.