AZ
Video yüklə

Dövlət müəssisələrində maaş sisteminə yenidən baxılacaq

104 baxış Son xəbərlər
Dövlət müəssisələrində maaş sisteminə yenidən baxılacaq

Dövlət müəssisələrində əməyin ödənişi sisteminə yenidən baxıla bilər.

Xezerxeber.az-ın məlumatına görə, 2018-ci ilin iyul ayına qədər büdcədən maliyyələşən təşkilatlarda tətbiq olunan əməyin ödənişi sisteminə yenidən baxılması ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulur.


Nazirlər Kabinetinin ötənilki hesabatına əsasən, əməkhaqqı ayrılarkən bir sıra amillər, o cümlədən iqtisadi risklər nəzərə alınacaq. Əsas məqsəd risklərin işçilərin maaşına təsirini minimuma endirməkdir.

İşçilərin peşə keyfiyyətləri də qiymətləndiriləcək. Bu isə onların maaşlarında öz əksini tapacaq. Yəni eyni mövqedə olan əməkdaşların maaşları differensial qaydada ödəniləcək. Bu zaman onların gördükləri işin keyfiyyəti əsas götürüləcək.

Təkliflərin mahiyyəti bir müddətdən sonra ictimaiyyətə elan ediləcək.



Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.