AZ
Video yüklə

Dodağına gel vurduran qadın əvvəlki vəziyyətinə qayıtmaq istəyir

19 baxış Son xəbərlər
Dodağında olan problemi aradan qaldırmaq istəyən Bərdə sakini Şəfqət Quliyevanın başına iş gəlib.
Onun dodaqlarına gel vurulandan sonra fəsadlar yaranıb.
Problemlə bağlı Yeniavaz.com-a şikayətini bildirən Ş. Quliyeva hadisənin 4 il əvvəl Bərdə şəhəri M.Ə. Sabir küçəsində yerləşən inci gözəllik salonunda baş verdiyini bildirib.
Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına da məlumat verdiyini deyən Ş. Quliyeva: “4 il əvvəl Naibə adlı iş yoldaşım mənə dedi ki İnci gözəllik salonuna Bakıda peşəkar kosmetoloqlar gələcək. Dodağımda olan çapıq məndə kompleks yaratdığı üçün ora getmək qərarına gəldim. Ora gedəndə Bakıdan heç bir peşəkar kosmetoluqun gəlmədiyini gördüm. Salonun sahibi Yeganə xanım işi bildiyini və prosesi özü yerinə yetirəcəyini bildirdi. Hiss etdim ki, dodağıma çox gel vurdu. Və ondan sonra bu cür vəziyyətə düşdüm” – deyib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.