AZ
Video yüklə

Din xadimləri peyvənd olunub

7 baxış Son xəbərlər
COVİD-19 virusuna qarşı vurulan vaksinlərin sayı 1 924 805. Ölkədə vaksinasiya hazırda tibb məntəqələri ilə yanaşı səyyar şəkildə aparılır.

Bu dəfə isə Qafqaz müsəlmanları idarəsinin əməkdaşları, Bakı və ətraf rayonların din xadimləri , məscidlərin imamları və axundları peyvənd olundular. Prosesdə fəal iştirak edən din xadimlərinin böyük qismi birinci digər hissəsi isə ikinci dozanı qəbul edirdi.

Qafqaz Müsəlmanları idarəsinin nümayəndəsi Həmdulla Babayeva məscidlərin açılmasına hazırlıq məqsədilə din xadimlərinin vaksinasiya prosesi aparıldığını bildirdi.

Qeyd edək ki, aprel ayına qədər yaşı 50-dən yuxarı olan din xadimləri vaksinasiya olunublar.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.