AZ
Video yüklə
DİN vətəndaşlara çağırış etdi

Bu video hazırda oynadıla bilmir.

DİN vətəndaşlara çağırış etdi

349 baxış Son xəbərlər
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində COVİD-19 virusunun yayılmasının qarşısının alınması ilə bağlı təbliğat tədbirlərini gücləndirib.

Sfera.az xəbər verir ki, polis əməkdaşları xüsusi səsgücləndiricilər quraşdırılan xidməti avtomobillərlə küçələrdə vətəndaşları məsuliyyətli olmağa çağırıb.

Daxili işlər orqanları əməkdaşları küçə və prospektlərlə yanaşı, yaşayış komplekslərinin ərazisində, məhəllələrdə, əhalinin sıx toplaşdığı yerlərdə gəzərək səsgücləndiricilərlə vətəndaşlara xəbərdarlıq edir, onların sosial məsafə saxlamasını, tibbi maska və qoruyucu vasitələrdən istifadəsini, ehtiyac olmadığı halda evdən çıxmamağı tövsiyə edirlər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.