AZ
Video yüklə

DİN və Baş Prokurorluq məlumat yayıb

13 baxış Son xəbərlər
Qanunsuz aksiya keçirmək istəyənlərə qarşı ciddi tədbirlər görüləcək
Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun Mətbuat xidmətləri müxalifətin noyabrın 2-nə təyin etdiyi mitinqlə bağlı birgə məlumat yayıb.
məlumatda deyilir:

Respublikada sabitliyin pozulması məqsədi güdən bu cür qanunsuz hərəkətlərin qarşısının qətiyyətlə alınacağı barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, son günlər Əli Kərimli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyində təmsil olunan digər şəxslər, habelə ölkə ərazisində əvvəllər müxtəlif cinayətlər törətməklə saxta yollarla xarici ölkələrdə sığınacaq almış axtarışda olan və ermənipərəst xarici dairələrin idarə etdiyi və maliyyələşdirdiyi bir qrup satqınlar tərəfindən sosial şəbəkələrdə və internet informasiya ehtiyatlarında müxtəlif profillər VƏ digər İNTERNET kanallar vasitəsilə noyabrın 2-də Bakı metropoliteninin “28 May” stansiyasının önündə qanunsuz aksiya keçirilməsinə yenidən çağırışlar edilir.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Azərbaycan dövlətçiliyinə qarşı açıq-aşkar düşmənçilik mövqeyində duran cılız bir müxalif qrupun istənilən qanunazidd əməllərinin qarşısının qətiyyətlə alınacağını diqqətə çatdıraraq bəyan edir ki, Milli Şura adlanan quruma daxil olan partiya və birliklər, eləcə də özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli və həmin partiyada təmsil olunan digər şəxslər qanunsuz kütləvi aksiyaya çağırışları, zorakılığı və qəddarlığı təbliğ edən təxribat xarakterli hərəkətləri ilə əslində Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsi kimi ekstremist bir yolu seçdiklərini təsdiq edirlər. Onlara bir daha xəbərdarlıq edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən kənarda toplantı təşkil ediləcəyi, ictimai qaydanı, o cümlədən hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin dinc həyatını, rahatlığını, nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət üzərlərinə düşəcəkdir.

Xatirladaq ki, Milli Şura adlanan quruma daxil olan partiya və birlikləRİN MİTİNQLƏ BAĞLI MÜRACİƏTİNƏ Bakı şəhər İcra Hakimiyyəti TƏRƏFİNDƏN CAVAB VERİLİB. mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.