AZ
Video yüklə

DİN Bakıdakı hadisə ilə bağlı məlumat yaydı

8 baxış Son xəbərlər
Bu gün Bakıda baş verən silahlı insidentlə bağlı cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Xəbərə görə, əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır.

"Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızıdır. Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcək", məlumatda deyilir.

Qeyd edək ki, bu gün Bakıda, Səməd Vurğun küçəsində baş vermiş silahlı insident nəticəsində 2 nəfər - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.