“Dəniz kuboku” müsabiqəsi davam edir
1 506 baxış
Son xəbərlər
“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində Azərbaycan ərazi sularında keçirilən “Dəniz kuboku” müsabiqəsi davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, müsabiqə dövründə komandalar “Üzən minaya artilleriya atışı”, “Kiçik ölçülü dəniz hədəfi üzrə artilleriya atışı” və “Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” çalışmaları üzrə bacarıq və vərdişlərini nümayiş etdirərək tapşırıqlar icra edib. Keçirilən 3 mərhələnin yekun nəticəsinə görə beynəlxalq hakimlər briqadasının qərarına əsasən Azərbaycan və Rusiya komandaları bərabər bal toplayıblar. “Dəniz kuboku” müsabiqəsi sentyabrın 5-dək davam edəcək.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.