AZ
Video yüklə

Dayanacaqda xaotik vəziyyət

135 baxış Son xəbərlər
Tam bir xaosun hökm sürdüyü Təbriz küçəsi, Nərimanov parkı ilə üzbəüz, yolun əsk tərəfi. Küçənin bu hissəsində günün istənilən saatı qarışıqlıq olur və yolun ən azı iki hərəkət zolağı sürücülər tərəfindən zəbt edilir. Bu isə nəqliyyat axınına çətinlik yaradır, ictimai nəqliyyat vasitələrinin işinə mane olur.Bu yer piyadaların, ictimai nəqliyyat sürücülərinin və o yoldan keçən digər hərəkət iştirakçılarının daimi narazı olduqları ərazidi. YPX.AZ komandası sözügedən ərazidə çəkiliş aparıb.Belə ki, yolda iki hərəkət zolağı ictimai nəqliyyat dayanacağının xidmətindədir. Ancaq sürücülər yolun dayanma durmanın qadağan olunduğu yerlərdə avtomabil parklayır, hərəkət zolaqlarını zəbt edirlər. Bu səbəbdən avtobuslar dayanacağa təyin olunan yerdən daxil ola bilmir, dayanacaqda rahat şəkildə dayanaraq sərnişin götürməkdə çətinlik çəkir və dayanacaqdan müəyyən olunmuş yerlərdən çıxa bilmədiyi üçün istəmədən də olsa digər hərəkət iştirakçılarına çətinlik yaradırlar. Bu haldan ictimai nəqliyyat sürücüləri də narazıdırlar. Gün ərzində dayanma və durma qaydalarını pozan sürücülərin onlara çətinlik yaratdığını bildirirlər. Müsahibə zamanı “BakuBus” MMC-yə məxsus avtobusun sürücüsü bunları deyib.Çəkiliş apardığımız zaman ərazidə Baki Nəqliyyat Agentliyinin əməkdaşlarının xidmət apardıqlarının da şahidi olduq. Onlar qanunsuz parklanma edən sürücüləri cərimələyir, parklanma etmək istəyənlərə xəbərdarlıq edirdilər. İctimai nəqliyyat sürücülərinin sözlərinə görə agentlik işçiləri gələn zaman hər şey nizama düşsə də, onlar getdikdən sonra xaotik vəziyyət canlanmağa başlayır. Sürücü qeyd edib ki, bu işdə təkcə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları deyil, Yol Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları da bizlərə kömək etsələr yaxşı olar. Çəkiliş zamanı sürücünün sözlərinə biz də şahid olduq. Agentlik işçiləri ərazidən uzaqlaşan kimi parklanmaya “nəzarət” edən bir gənc peyda oldu. Deməli bu gənc əynində yaşıl gödəkçə ilə “5 dəqiqəyə çıxıram” deyən sürücülərə qadağan olunmuş yerdə parklanma etməyə köməklik edir və bunun müqabilində onlardan müəyyən ödəniş alır. Təbii ki, haqqında danışdığımız gənc sonradan çəkiliş komandamızı gördü və qanunsuz fəaliyyət göstərdiyi yerdən gödəkçəsini əynindən çıxararaq qaçdı.Bütün bunlar baş verən zaman əməkdaşlarımızın diqqətini bir iaşə obyektinin üzərindəki parklanma elanı çəkdi. Yeraltı dayanacağın “Baku Electroniks”ə aid olduğunu müəyyənləşdirən komandamız mağazaya yaxınlaşaraq bu dayanacaq haqqında maraqlanıb. Və alınan məlumatlar ən çox da “5 dəqiqəyə gəlirəm” deyən sürücülər olmaqla həmin ərazidə dayanacaq axtaranlar üçün əla fürsət əhəmiyyəti kəsb edir.Obyekt rəhbərləri yeraltı dayanacaqda çəkiliş aparmağımıza şərait yaratmaqla yanaşı parklanma yeri haqqında məlumatlar da veriblər.Həmin yeraltı dayanacaq sürücülərə ilk 15 dəqiqəni ödənişsiz təklif edir. Bu isə “5 dəqiqəlik işim var” deyənlər üçün əla fürsətdir. Bundan əlavə isə dayanacaq rəhbərliyi hər iki saat üçün sürücülərdən 1 manat xidmət haqqı tələb edir. Hansı ki, dayanma və durmanın qadağan edildiyi yerlərdə parklanma etməyə görə Baki Nəqliyyat Agentliyi sürücüləri 20 manat cərimə edir. Yeraltı dayanacağa 1 manat ödəmək hər halda 20 manat cərimə ödəməkdən və ya qanunsuz fəaliyyət göstərən “nəzarətçiyə” ödəniş etməkdən daha məntiqlidir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.