AZ
Video yüklə

Daxili İşlər Naziri deputata əsəbiləşdi

1 708 baxış Son xəbərlər
Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu büdcə komissiyasında CHP-li millət vəkilinə sərt reaksiya verib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində terrorla mübarizə ilə bağlı məlumat verən Süleyman Soylu CHP-li millət vəkili Engin Özkoçu tənqid edib. Soylu danışarkən gülən deputata "Orada uşaqlarımız şəhid olur, sən isə burada boş-boş gülürsən” deyərək reaksiya verib.

Qeyd edək ki, bu gün Türkiyə Daxili İşlər Nazirliyinin 2022-ci il büdcəsinin müzakirəsi başlayıb.

Daxili işlər naziri Süleyman Soylu nazirliyinin 2022-ci il büdcəsi ilə bağlı təqdimatına başlayıb. Soylu Türkiyədəki terrorçuların ümumi sayını açıqlayıb.

Süleyman Soylu bildirib ki, Türkiyədə terrorçuların ümumi sayı 180-dən aşağı düşüb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.