AZ
Video yüklə

Danışığı sükutundan betər deputat

30 baxış Son xəbərlər
Deputat Arzu Nağıyev AZTV-yə müsahibəsi zamanı Amerika-Azərbaycan münasibətləri barədə bəsit və məntiqsiz açıqlamalar verib. Belə bir ciddi və böyük əhəmiyyətə malik olan mövzunun məişət səviyəsində şərh edilməsi, dövlət siyasətinin AZTV-nin efirində gözdən salınması təəssüf doğurur. Dövlət siyasətinin təbliğatına xələl gətirən, keyfiyyətini aşağı salan bu tip açıqlamalar sadəcə, utancvericidir.

ABŞ-Azərbaycan münasibətlərinin mövcud vəziyyəti, ölkələrimiz arasındakı təmasların perspektivləri və ən əsası, artıq geridə qalmağa başlamış sərinləşmənin səbəbləri barədə A.Nağıyev bir kəlmə deməsə də, ştampa çevrilmiş kəlmələr, klişe sözlərlə fikirlərini izhar etməyə çalışıb.

Olsun, kimsə deputatdan ritorikanın ustadı və ya məntiqin zirvəsi olmağı tələb etmir.

Lakin Vaşinqtonla Bakı arasındakı son proseslərin mahiyyətini, mümkün inkişaf məcralarını və proseslərin Azərbaycana nələri vəd edəcəyini bilmədən müdrikcəsinə nələrisə söyləmək də iş deyil.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.