Daha bir “BakuBus” avtobusu qəzaya düşdü
202 baxış
Son xəbərlər
Biri “BakuBus” MMC-yə məxsus sərnişin avtobusu olmaqla, üç nəqliyyat vasitəsinin iştirakı ilə qəza baş varib.
YPX.AZ xəbər verir ki, hadisə dünən, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin önündə baş verib.
Belə ki, sürücü, 90 NC 300 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobili ilə anidən yola çıxdığı üçün, həmin yolda hərəkətdə olan “BakuBus” MMC-yə məxsus sərnişin avtobusu ilə toqquşub. Bu zaman, qəza daha da şiddətli olmasın deyə sərnişin avtobusunun sürücüsü iddarə etdiyi nəqliyyat vasitəsinin hərəkət istiqamətini yolun sol kənar zolağına doğru dəyişməyə çalışıb. Belə olan halda sərnişin avtobusu həmin yolun sol kənar zolağı ilə hərəkətdə olan 90 DL 665 dövlət qeydiyyat nişanlı “Subaru” markalı avtomobil ilə toqquşub.
Qəza zamanı xəsarət alan olmayıb, avtomobillərə yüngül ziyan dəyib.
Hadisə yerinə polis inspektorları cəlb edilib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.