AZ
Video yüklə

Daha 22 sürücünün qayda pozduğu görüntülər

260 baxış Son xəbərlər
Bakı küçələrində əks yola çıxan avtomobillər tıxacın başlıca səbəbkarlarından biridir.


YPX.AZ xəbər verir ki, bu gün havanın yağışlı olması, sürət həddinin aşağı endirilməsi və bəzi sürücülərin əks yola çıxması yollarda tıxaca səbəb olub.





Həmin “mədəni” sürücülərin Bakının fərqli küçələrində qayda pozaraq səbəb olduqları tıxaclardan görüntülər digər hərəkət iştirakçıları tərəfindən video qeydə alınaraq, bu məsələnin ictimai qınaq obyektinə çevrilməsi üçün paylaşıblar. Və görüntüləri izləyən istifadəçilər həmin “sürücü”ləri kəskin şəkildə qınayıblar. Görüntülərdən də görünür ki, sürücülər tıxacı bəhanə edərək, sanki tələsən yalnız bunlarmış kimi qoşa xəttin tələbini pozaraq əks yola çıxırlar.


Əksər sürücülər belə bir mənzərə ilə demək olar ki, hər gün rastlaşır. Bu da nəqliyyatın hərəkətinə problemlər yaradır. Öz zolaqları ilə hərəkət etməyən belə sürücülər həmçinin digər hərəkət iştirakçıları üçün təhlükə yaratmaqla yanaşı, avtomobillərin tıxacda qalma müddətini də artırır. Nəzərinizə çatdıraq ki, Bakıda böyük tıxacların yaranmasının başlıca səbəblərindən biridə qarşı zolağa çıxan sürücülərdir. Çünki, əks yola çıxan sürücülər bir qədər irəlilədikdən sonra yenidən öz hərəkət zolaqlarına qayıtmaq məcburiyyətində qalırlar ki, bu da onların əks yolda dayanmalarına, digər nəqliyyat vasitələrinin yolunu kəsmələrinə və qeyd etdiyimiz kimi tıxacda qalma müddətinin artmasına səbəb olur. Qeyd edək ki, qanunvericilyə əsasən bu qaydanı pozan sürücüləri İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 4 cərimə balı və 100 manat cərimə gözləyir.


Həmin görüntüləri sizə təqdim edirik:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.