AZ
Video yüklə

Cümə günü kosmosda bir asteroid `bombalanacaq"

21 baxış Son xəbərlər
Yaponiyanın planetlər arası "Hayabusa-2" zondu cümə günü Ryuqyu asteroidinin səthinə yaxınlaşacaq və gözlənilməz hadisələr baş verməzsə ona atəş açacaq. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə missiyanın saytında bildirilib.



“Hayabusa-2” avtomatik stansiyası 2014-cü ilin dekabr ayında Ryuqyu asteroidini öyrənmək və ondan nümunə götürmək üçün kosmosa burpaxılıb. Alimlər ümid edirlər ki, o, Yerə Günəş sisteminin ilkin materiyasından tam təmiz nümunə gətirəcək.



Aparat hədəfə ötən ilin iyun ayında çatıb və asteroidlə yaxınlaşma proseduruna başlayıb. Səma cisminin səthi və nüvəsi ilə bağlı ilk fotolardan sonra, zond qrunt götürmə proseduruna hazırlaşmağa başlayıb.



Missiyanın əsas tapşırığının reallaşması üçün ilk addımlar ötən ilin oktyabr ayında atılmalı idi. Lakin asteroidin üzərinin "Hayabusu-2"yə zərər verəcək iri daşlarla örtülü olması zondun asteroidə yaxınlaşmasının qarşısını aldı.



Buna görə də missiya 2019-cu ilin birinci yarısına kimi təxirə salındı.



Bundan başqa zond Ryuqyunun üzərində kifayət qədər reqolit (süxurun kosmik tozu), asteroid "qırıntısı" və tozu olan sahə tapmayıb. Zonda eniş üçün düz səth lazımdır.



Cümə günü (fevralın 22-də) zond asteroidə minimal məsafədə yaxınlaşaraq, xüsusi 5 qramlıq "güllə" ilə atəş açacaq. Sonra aparat Ryuqyu ətrafında 1 dövrə vuraraq xüsusi tələnin köməyi ilə toz və çınqılı götürəcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.