AZ
Video yüklə

Cocuq Mərcanlıya avtobus açılacaq

36 baxış Son xəbərlər
Cocuq Mərcanlıya üç şəhərdən avtobus marşrutu açılacaq. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin apardığı monitorinqlərin nəticəsi olaraq sərnişinlərin istifadəsinə yeni xətlər təqdim ediləcək.

Bunu REAL-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirdi.

Mingəçevir-Cocuq Mərcanlı marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 09:00-da, qeyd olunan xətt üzrə dayanacaqlar Mingəçevir, Yevlax, Bərdə, Ağcabədi, Beyləqan, Füzuli, Cocuq Mərcanlı, habelə Sumqayıt-Cocuq Mərcanlı marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 08:30-da olmaqla marşrut xətləri üzrə hərəkət sxemi Sumqayıt, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Bəhramtəpə, Daşburun, Əhmədbəyli, Horadiz, Cocuq Mərcanlı kəndidir.

Nuridə Allahyarova həmçinin bildirdi ki, gələn ilin əvvəlindən paytaxt Bakıdan da Cocuq Mərcanlı istiqamətində marşrut avtobuslarının açılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə müvafiq işlər həyata keçirilir.

Qeyd edək ki, Cocuq Mərcanlı kəndində 508 nəfər sakin yaşayır

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.