Çinli turistlər Azərbaycana axın edəcək
13 baxış
Son xəbərlər
Azərbaycanla Çin arasında turizm sahəsindəki əməkdaşlıq yeni mərhələyə keçir.
Xezerxeber.az-ın məlumatına görə, yaxın illərdə Azərbaycana gələcək turistlərin sayı 200 mini ötə bilər.
İki ölkə arasında imzalanan çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqinda memorandum buna təkan verəcək. Anlaşmaya əsasən Çin ölkəmizə turistlərin cəlb edilməsi üçün əsas prioritet bazarlardan biri seçilib.
Dövlət Turizm Agentliyindən verilən məlumata görə, ötən il çinli turistlərin səfərlərində 50 faiz artım müşahidə edilib.
Azərbaycan Turizm Assossiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyir ki, turistlərin məmnunluğunu təmin etmək üçün bir sıra vacib məqamları nəzərə almaq lazımdır.
Müzəffər Ağakərimovun sözlərinə görə, cəlb ediləcək bu ölkədən olan turistlərin psixologiyası da araşdırılmalıdır. Məhz bu yolla ildən-ilə fərqli ölkələrdən gələn turistlərin sayını artırmaq olar.
Qeyd edək ki, ötən ilin nəticələrinə görə, Azərbaycana 2 milyon 850 min nəfər xarici vətəndaş səfər edib. Onlarin ölkə iqtisadiyyatina ümumi töhfəsi 2 milyard dollara yaxin olub.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.