Çində 2-ci idxal sərgisi start götürdü
20 baxış
Son xəbərlər
Azərbaycanın sərgidə 2 pavilyonu fəaliyyət göstərir
Çinin Şanxay şəhərində II Çin Beynəlxalq İdxal Sərgisi işə başlayıb.
155 ölkə və regionun, 26 beynəlxalq təşkilatın qatıldığı sərgi idxal məhsullarının Çin bazarına girişini təşviq etmək və bu işə dəstək məqsədi daşıyır. Sərgidə 62 ölkənin milli pavilyonu fəaliyyət göstərir. Ümumi ekspozisiya sahəsi 360 min kvadratmetr olan sərgidə 3893 şirkət iştirak edir.
Sərginin açılış mərasimində bir neçə ölkənin dövlət və hökumət başçıları, yüksək vəzifəli rəsmilər iştirak edib. Çin Xalq Respublikasının Sədri Si Cinpin Şanxay sərgisinin hökumətin daxili bazarın idxal məhsullarına daha açıq olmasını təmin etmək istiqamətindəki səylərinin bir hissəsi olduğunu deyib.
Çin xarici sərmayələrin və idxalın artımına nail olmaq üçün ölkədə biznes mühitinin inkişafı, iqtisadiyyatda daha sağlam rəqabət mühitinin yaradılması istiqamətində iş aparır.
Sərgidə Azərbaycandan Baş Nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edir.
Azərbaycan bu il sərginin həm ölkələr bölməsində, həm də biznes bölməsində iki milli pavilyonla təmsil olunur. Ölkələr bölməsindəki 136 kvadratmetrlik milli pavilyonumuzda Azərbaycanın iqtisadi inkişafına, əlverişli biznes və sərmayə mühitinə, nəqliyyat-tranzit imkanlarına, turizm potensialına dair materiallar, nərşlər nümayiş olunur. Bundan başqa, ziyarətçilər monitorlarda Azərbaycana aid videolara baxmaq imkanı qazanıblar.
Biznes bölməsindəki 300 kvadratmetr sahəsi olan Azərbaycan pavilyonunda isə “Made in Azerbaijan” bredni ilə istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar, o cümlədən şərab və spirtli içkilər, qənnadı məmulatları, meyvə şirələri, quru meyvələr, mineral sular, konservlər istehsal edən 26 şirkətimiz məhsullarını yerli idxalçılara təqdim edir. Azərbaycan şirkətləri istehsal etdikləri məhsulların Çinə ixracına dair yerli danışıqlar aparıb, ilkin razılaşmalar əldə olunub.
Baş Nazirin müavini Şahin Mustafayev sərgi çərçivəsində keçirilən "Açıqlıq siyasəti, tənzimləmə və işgüzar mühit" mövzusunda əsas forumda çıxış edərək iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə davamlı inkişaf etdiyini deyib. Baş Nazirin müavini xatırladıb ki, "Bir kəmər, bir yol" təşəbbüsü iki ölkənin əməkdaşlığı üçün yeni imkanlar yaradıb. Azərbaycan Prezidenti İlham Əliyev apreldə Pekində 2-ci "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumunda iştirak edərək, ölkəmizin sahib olduğu iqtisadi potensialı ilə bu strategiyanın həyata keçməsinə hər cür dəstək verməyə hazır olduğunu bəyan edib.
Ş.Mustafayev bildirib ki, bazar iqtisadiyyatı yolu ilə gedən Azərbaycanda həyata keçirilmiş islahatlar nəticəsində əlverişli biznes və sərmayə mühiti yaradılıb, makroiqtisadi sabitlik təmin edilib. Azərbaycan dünyanın 180-dən çox ölkəsi ilə ticari-iqtisadi münasibətlər qurub.
Son 15 ildə Azərbaycan iqtisadiyyatında böyük irəliləyişin müşahidə olunduğunu diqqətə çatdıran Baş Nazirin müavini deyib ki, bu müddətdə ÜDM 3 dəfədən çox, qeyri-neft sektoru 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 18 dəfə, valyuta ehtiyatları 28 dəfə artıb.
Müstəqillik illərində Azərbaycana 270 milyard dollar sərmayə qoyulub ki, onun da təxminən yarısı xaricdən qoyulan investisiyadır. Qeyd olunub ki, Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı uğurlar beynəlxalq təşkilatların hesabatlarında da əksini tapıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Özbəksitanın Baş Nazirinin müavini Elyor Qəniyev, habelə Çinin iri şirkətlərinin rəhbər şəxsləri ilə görüşlərində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.