Çin ABŞ-ı təhdid etdi: Buna məcbur olacaqsınız
5 baxış
Son xəbərlər
Şərqi Türküstan Çinin daxili məsələsidir və xaricdən müdaxilə olunmasına icazə verilməyəcək. Axar.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb. “ABŞ-ı bir daha səhvlərini dərhal düzəltməyə və Çinin daxili işlərinə müdaxilə məqsədi daşıyan müvafiq qanun layihəsindən imtina etməyə çağırırıq. Əks təqdirdə, Çin buna qətiyyətlə müqavimət göstərəcək. ABŞ bu vəziyyətdən yaranacaq bütün nəticələrlə barışmağa məcbur olacaq”, - məlumatda bildirilib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp uyğurların sıxışdırılmasına görə çinli məmurlara qarşı sanksiya tətbiq edilməsi haqqında qanunu imzalayıb.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.