AZ
Video yüklə

Çilidə yüzlərlə ailə evsiz qaldı

15 baxış Son xəbərlər
Çilinin Valparaiso şəhərində yanğın 150-dən çox evi məhv edib. “Qafqazinfo”nun “MİR 24”ə istinadən məlumatına görə, Milad bayramı günlərində yüzlərlə ailə evsiz-eşiksiz qalıb.

Alov şəhər kənarındakı meşədə yaranıb, daha sonra yaşayış məntəqələrinə keçib. İnsanlar evlərindən özləri ilə apara biləcək əşyaları və ev heyvanlarını götürüb ərazini tərk ediblər.

Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, Valparaiso Çilinin ən qədim liman şəhərlərindəndir. Bura turistlər tərəfindən ən çox ziyarət olunan şəhərlərdən biridir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.