Cəbrayıl necə azad edildi? - Detallar
24 baxış
Son xəbərlər
Ermənistan Silahlı Qüvvələrinin təxribatından sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları hər keçən gün uğurla aparılır, düşmənə sarsıdıcı zərbələr endirilirdi. Elə müharibənin ilk saatlarında 6 kəndimiz işğaldan azad olundu.
Əks-hücum əməliyyatının növbəti günlərində düşmənin xeyli sayda canlı qüvvəsi, atəş nöqtələri və hərbi texnikaları məhv edilərək Cəbrayıl rayonunun bir neçə kəndi azad edildi.
Qızğın döyüşlər zamanı düşmən Azərbaycan ordusunun qarşısında dayana bilməyərək xeyli itki verib geri çəkildi. Oktyabrın 4-də isə uzun illərdir düşmən tapdağında qalan Cəbrayılın mərkəzi və ətraf 9 kəndi işğaldan azad olundu.
Bu gün Azərbaycan əsgərinin Cəbrayıl şəhərinə ayaq basmasının 1 ili tamam olur. Ötən ilin bu günü cəbrayıllıların 27 illik həsrətinə son qoyuldu. 1993-cü ilin avqustun 23-də işğal olunan, minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarından didərgin salındığı Cəbrayıl şəhərinin azad olunmasında haqq bizimlə oldu, düşmən əsirliyində qalan doğma torpağımız Vətən oğullarını salamladı... 27 ildən sonra doğma torpağımız ev sahibini qarşıladı, rəşadətli ordumuzun ayaq səsləri Cəbrayıla nəfəs verdi...

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.