AZ
Video yüklə

Canlı yayımda polis adını təhqir etdi

252 baxış Son xəbərlər
“Nara” adlı sosial şəbəkə istifadəçisi, istifadə etdiyi hesab ilə açdığı canlı yayım zamanı Azərbaycan Polisinə qarşı nalayiq ifadələr işlədib.

YPX.AZ xəbər verir ki, sosial şəbəkə istifadəçisi xanım, canlı yayım zamanı ona şərh yazan “Leytenant” adlı bir istifadəçinin yazdıqlarını bəyənməyib və onun şəxsinə deyil, Azərbaycan Polisinin fərqlənmə nişanına, simvollarına qarşı əxlaqsız ifadələr işlədərək öz düşüncəsi ilə həmin şəxsi alçaltmağa çalışıb.

İstifadəçi adı “Leytenant” olan şəxs bəlkə də polis əməkdaşı deyil, olub olmamasının da fərqi yoxdur. Ancaq hansısa şəxsə deyil, bir rütbəyə, polis əməkdaşının fərqlənmə nişanına ünvanlanmış bu tip ifadələr işlətmək, gecə-gündüz, qar-yağış demədən bizim təhlükəsizliyimiz üçün çalışan Azərbaycan Polisinə hörmətsizlikdir.

Sözümüz “Nara” adlı sosial şəbəkə istifadəçisinədir. Siz isti evinizdə oturub, spirtli içkinizi qurtumlayıb, izləyicilərinizə canlı yayımlar təşkil edib əylənən zaman, Azərbaycan Polisi bu çətin günlərdə gücləndirilmiş iş rejimində işləyərək xalqına xidmət edir. Siz isə onların bu əziyyətinə kölgə salmağa çalışırsınız. Ancaq unutmaq lazım deyil ki, polis formasının, polis rütbəsinin heç bir şəxsə, mənliyə aidiyyatı yoxdur. Sizin o istifadəçiniz polis əməkdaşı olsa belə bu kimi ifadələr işlətməyə haqqınız yoxdur. Bəlkədə əksinə, bu sadəcə istifadəçi adıdır, bunun heç bir önəmi yoxdur.

Ümid edirəm ki, sizin barənizdə hüquq mühafizə orqanları tərəfindən qanuni tədbirlər görüləcək və beləliklə etdiyiniz səhfin mahiyyətini anlayacaqsınız.

Bizim polisimiz Bizim fəxrimizir! Polis əməkdaşları da daxil olmaqla, heç kimin bu adı ləkələməyə haqqı yoxdur!

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.