AZ
Video yüklə

“Cabir Novruz” poeziya evi açıldı

15 baxış Son xəbərlər
Poeziya evi "Azərkitab-Kitab Mərkəzi"nin nəzdində fəaliyyət göstərəcək
“Cabir Novruz” Mədəniyyət fondu və “Azərkitab”ın birgə təşkilatçılığı ilə “Azərkitab-Kitab Mərkəzi”nin nəzdində fəaliyyət göstərəcək “Cabir Novruz” Poeziya Evinin açılışı oldu.

Açılış ”Zoom” videokonfrans tətbiqi vasitəsi ilə onlayn təşkil olundu.

Tədbir iştrkaçıları Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, Xalq şairi Cabir Novruzun həyatı və yaradıcılığından ətraflı söz açdılar.

Xatırladaq ki, Xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində doğulub və 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat edib.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.